Finlandiya Daxili İşlər Nazirliyi Rusiya Federasiyası ilə sərhədin tamamilə bağlanması ilə bağlı qanun layihəsi hazırlayır.
Bu barədə MTV3 kanalı mənbələrə istinadən məlumat yayıb.
“Bizdə olan məlumata görə, Daxili İşlər Nazirliyi artıq bütün şərq sərhədinin bağlanması ilə bağlı qərar hazırlayır. Bu, sığınacaq axtaranların Finlandiyaya marşrutunun dəyişdiyi və onların sayının artacağı halda ehtiyat tədbir kimi həyata keçirilir”, – jurnalistlər deyir.
Qeyd olunur ki, hələlik yeni tədbirlərin görülməsinə ehtiyac yoxdur, ona görə də Finlandiya Dövlət Şurası həftə sonları əlavə iclas keçirmir.
Noyabrın 16-da Finlandiyanın baş naziri Petteri Orpo qaçqınlarla bağlı vəziyyətlə əlaqədar Rusiya ilə sərhəddə dörd sərhəd keçid məntəqəsinin bağlandığını elan edib.