
RegionTV.info xəbər verir ki, öz ölkəsində etirazçıların mühasirəsini çətinliklə yarıb aeroporta, oradan da Moskvaya getməyi bacaran N.Paşinyan Moskvada da xoşagəlməz sürprizlə qarşılaşıb.
Belə ki, Rusiyada yaşayan ermənilər məğlub Ermənistanın Baş naziri N.Paşinyanı, "Xalq bizik! Dayan, Nikol! Biz də etiraz edirik! Dayan, Nikol!" şüarlı plakatlarla qarşılayıblar.
N.Paşinyandan narazı ermənilər mitinq etmək üçün artıq Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında toplaşıblar. Hazırda səfirlik Rusiya polisi tərəfindən mühasirəyə alınıb.
