"Hepatit A" virusu qaraciyərdə yerləşir və qaraciyərin kəskin iltihabi xəstəliyini törədir.
Bu barədə Trend-in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
O qeyd edib ki, bu zaman qaraciyərdə iltihab baş verir və böyümə ola bilər.
Qeyd edək ki, son bir həftə ərzində 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.
Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.