Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Rəhimə və Hökumə Əşrəfzadə bacılarına ittiham aktı verilməyib. Bu səbəbdən proses noyabrın 24-nə təxirə salınıb.
Xəbəri paylaş