Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaxın 6 ildə türklərin yarısı su qıtlığı ilə üzləşəcək




Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı qlobal iqlim böhranı şəraitində sudan səmərəli istifadənin kritik əhəmiyyətini bildirib.

“Sudan Səmərəli İstifadə Kampaniyası”na həsr olunan görüşdə nazir vurğulayıb ki, müasir şəraitdə quraqlıq zəlzələ və daşqınların nəticələri ilə müqayisə oluna bilən fəlakət xarakteri alır.

 Yumaklı xəbərdarlıq edir ki, mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər ölkənin su ehtiyatları kritik dərəcədə aşağı səviyyələrə düşə bilər. O, Türkiyənin ciddi su çatışmazlığı yaşayan ölkələr sırasına daxil olması ilə bağlı narahatlığını ifadə edib.

 Nazir həmçinin xəbərdarlıq edib ki, yaxın 6 ildə Türkiyə əhalisinin yarısı su qıtlığı ilə üzləşə bilər. Ölkənin su ehtiyatlarının 20% azalacağı gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də