Çeçenistan rəhbərinin oğlu, 15 yaşlı Adam Kadırov yeni mükafatlar - Rusiyanın Əmək Şücaəti ordeni və 1-ci dərəcəli Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə medalı alıb.
Bu barədə Çeçenistanın milli siyasət və xarici əlaqələr naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.
Dudayevin sözlərinə görə, Kadırov “Rusiyanın əmək şücaəti” Ümumrusiya ictimai təşkilatının təşkil etdiyi tədbir çərçivəsində mükafatlandırılıb.
Noyabrın 15-də Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam daha bir mükafat aldı: 1-ci dərəcəli "İslam dininə xidmətə görə" ordeni.
O, “İslamın möhkəmlənməsinə və onun dəyərlərinin müdafiəsinə verdiyi mühüm şəxsi töhfəyə görə” təltif edilib.