Türkiyəli aparıcı və yazıçı Metin Uca 62 yaşında vəfat edib.
Ucanın ölüm xəbərini meneceri Kübra Kalem Baykara sosial şəbəkədə açıqlayıb.
“Metin Ucamızı itirdik. Ürəyimiz ağrıyır”, – menecer yazıb.
Xatırladaq ki, noyabrın əvvəlində Türkiyənin Kocaeli şəhərinin Dilovası rayonunda avtomobil sürərkən aparıcının vəziyyəti anidən pisləşib və o, qəza törədib. Onun şah damarlarının tıxanmış olduğu ortaya çıxıb.
Qeyd edək ki, Metin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına “Anadolu” agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra “Kanal D”, “Show TV”, ATV və “Star TV”də davam etdirib.