Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu qadınlar da gecə növbələrində işləyə biləcək

Qadınların əmək hüquqları genişləndirilir.

Bu barədə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub.  

 Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər.

Qanun eyni zamanda 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur.

 Mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin ezamiyyə getmələrinə də icazə yox idi.

 Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları ərasında fərqi azaltmaqdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də