İndoneziyanın şimal hissəsində, Minahasa yarımadası yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 96 km şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 303 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.