İran 128,3 kq 60%-ə qədər zənginləşdirilmiş urana malikdir.
Bu barədə "Reuters" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məxfi hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, 90%-ə qədər zənginləşdirmə ilə bu həcm üç atom bombası yaratmaq üçün kifayət edəcək .
İran yeganə ölkədir ki, uranı bu qədər yüksək səviyyədə zənginləşdirib, lakin nüvə silahı istehsal etməyib.
2015-ci ildə Çin, Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya İranın nüvə proqramı ilə bağlı böhranı həll etmək məqsədi ilə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxdığını bəyan edib.