"Ermənistanda narkotik alverinin miqyası qorxulu şəkildə böyüyür".
Bunu müxalif "Hayastan" blokundan deputat Aqnessa Hamoyan deyib.
"Son 5 ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinin dinamik artımı davam edib. 2023-cü ilin 10 ayı ərzində bununla bağlı 3934 cinayət qeydə alınıb, ötən ilin müvafiq dövründə isə 1631 fakt artaraq 141% təşkil edib. Və bunlar sadəcə aşkar olunan hallardır", - o bildirib.
Hamoyan hesab edir ki, əgər polis hakimiyyətin əleyhdarlarını təqib etməyi dayandırsa və onların bilavasitə məsuliyyətini üzərinə götürsə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyi artacaq.