2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.
Sənəd Milli Məclisin 2024-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.