Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hüseyn Həsənovla bağlı Rusiya DİN-ə müraciət edildi




Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinə bəzi bloger və koçları saxtakarlıq fəaliyətlərinə görə yoxlamaq xahişi ilə müraciət edib.

Bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri öz “Teleqram” kanalında yazıb.

Bu blogerlər arasında “İnstaqram” sosial şəbəkəsində məşhur olan azərbaycanlı bloger Hüseyn Həsənov da var.

“Vətəndaşların çoxsaylı məktubları ilə əlaqədar biz bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinə bir sıra tanınmış blogerlər və koçlar, o cümlədən, Edvard Beal, Kseniya Qubina, Tata Feodoridi, Asxab Tamaev, Hüseyn Həsənov və başqaları haqqında araşdırma aparmaq xahişi ilə müraciət etdik”, - deyə o, “Teleqram” kanalında yazıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri bu bloger-koçların hazırda həbsdə olan bloger Ayaz Şabutdinovun istifadə etdiyi saxtakarlıq ssenarisinə uyğun hərəkət edə biləcəklərini də istisna etməyib.

Qeyd edək ki, Ayaz Şabutdinov noyabrın 4-də xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə həbs edilib. İkin məlumatlara görə, bloger dekabrın 16-dək həbsdə qalacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də