
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya hücumlara reaksiya verən ərəb liderlərini hədələyib.
O, bu barədə mətbuat konfransında danışıb.
“Əgər maraqlarınızı qorumaq istəyirsinizsə, yalnız bir şey etməlisiniz: Susmaq”.
Daha əvvəl CNN-ə müsahibəsidə Qəzzanı işğal etmək planını açıqlayan baş nazir İsrail ordusunun bölgədə dominant olmalı olduğunu deyib. O, Qəzzanın idarəçiliyinin Fələstin rəhbərliyinə verilməyəcəyinə də işarə edib.