Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 2023-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən voleybol üzrə ordu birinciliyinə start verilib.
Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən birincilikdə müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 7 komanda mübarizə aparır.
Birinciliyin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.