Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskva görüşünün DETALLARI: ''Rusiya maksimum çalışacaq ki, Azərbaycan...'' -

''Moskvada Vladimir Putinin iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünün keçirilməsi müharibədən sonra xüsusi əhəmiyyət kəsb edir".
RegionTV.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildirib ki, belə bir görüşün keçirilməsi vacib idi və gündəlikdə dururdu.

"Çünki 10 noyabr üçtərəfli, 9 bəndlik bəyannamə əsasında müharibənin dayanmasından sonra açıq qalan problemlər üçün tərəflərin görüşü, aydınlıq gətiriləcək nüanslar və razılaşdırılacaq bir çox ciddi məsələlər var. Həmçinin, bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, əsasən, nəqliyyat və kommunikasiyaların açılması, Qarabağın müəyyən ərazisində silahlı erməni birləşmələrinin qalması, status məsələsinin qabardılması problem olaraq qalır.
Azərbaycan üçün belə bir görüşün keçirilməsi vacib idi. Çünki qeyd edilən problemlər qalır. Hətta Prezident İlham Əliyev ötən həftə sülhməramli qüvvələrinin misisyasindan narazı olduğunu, silahlı erməni birləşmələrinin çıxarılmaması və Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərini qeyd etməklə, Moskva görüşündə bu məsələlərin üzərində dayanacağının mesajını verdi. Rusiya ilə Azərbaycan Qarabağın müəyyən hissəsində fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinin missiyası ilə bağlı əsasnaməni və fəaliyyət proqramını razılaşdırmalıdır. Rusiyanın bu görüşdə buna getməyəcəyi mümkün variantdır".
Politoloqun fikrincə, Ermənistan və Azərbaycan arasında bu, sülh müqaviləsinin bağlanması yolunda atılan addımlar olacaq.
''İlk növbədə sülh müqaviləsinin imzalanması Ermənistanın atacağı addımlardan asılı olacaq. Moskva görüşündə bu müzakirə edilməyəcək. Amma Nikol Paşinyanın seçkilərdən sonra buna gedəcəyi mümkün ola bilər. Sülh müqaviləsi üçün Azərbaycan tərəfindən təklif edilənlər, əsasən, Qarabağın status məsələsini qabartmamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır.
Kommunikasiyaların açılması, əsirlərin qaytarılması,
Ermənistanı blokadadan çıxarmaq üçün Moskva görüşü Paşinyan üçün həyati vacib məsələdir.
Azərbaycan bu görüşdə sərhədlərin demarkasiyası və delimitasiyasına nail olacaq. Ermənistan işğalı altındakı kəndlər qaytarılacaq. Mehri dəhlizinin açılması razılaşdırılacaq. Burada əsas ciddi məsələ erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Moskva burada maraqlı deyil. Çalışır ki, silahlı erməni birləşmələri Qarabağda qalsın. Ermənistan tərəfinin bundan sonra Qarabağa silahli qüvvələrini göndərməməsi öhdəliklərini götürməsi mümkündür. Yerli erməni silahlı birləşmələrinə gəldikdə isə burada Ermənistan tərəf deyil. Bu, Rusiya ilə müzakirə edilməli məsələdir".
Bəs Moska görüşündə güclü tərəf kimdir?
"Ümumiyyətlə, Moskva görüşündə Azərbaycan güclü tərəfdir. Azərbaycan bu görüşlə bağlı Türkiyə ilə koordinasiyada ç
alışır. Turkiyə də burada əsas tərəfdir. Son günlər Türkiyə hərbi təyyarələrinin intensiv şəkildə Azərbaycana gəlməsi Moskva görüşündə Azərbaycanın mövqeyini gucləndirir.
Rusiya maksimum çalışacaq ki, Azərbaycan güzəştə getsin. Əsasən Qarabağın statusu ilə bağlı. İkinci Azərbaycanı KTMT və Avrasiya İttifaqına üzv olmaq üçün dəvət edəcək.
Tərəflər arasında hər hansı müqavilənin bağlanması gözlənilmir. İlk növbədə bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi aktual olacaq. Şifahi razılaşmalar mümkündür ki, sonradan sənəd halına salınıb müqavilə bağlansın.
Bu görüş ərəfəsində Fransa Prezidenti Makron Putinlə telefonla danışıb. Rəsmi Paris prosesdən kənar qalmamaq üçün Minsk qrupunun fəaliyyətini davam etdirmək və Qarabağın statusunun gündəlikdə saxlanmasında maraqlıdır. Azərbaycan üçün artıq Fransa və Minsk qrupu bitib. Azərbaycan qəti şəkildə bu görüşdə bu formatın dirçəlməsinin əleyhinə olmalıdır. Çünki Ermənistan status məsələsində Fransa ilə koordinasiyalı fəaliyyət göstərir. Azərbaycan üçün bu görüşdə vacib məqamlar aydınlaşacaq və leyhimizə dəyişəcək proseslər mümkündür".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də