"KXDR Rusiyanın Ukraynaya müdaxiləsində iştirak edir".
Cənubi Koreya prezidenti Yun Sok Yel bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasındakı müharibə və İsraillə HƏMAS arasındakı münaqişəyə birbaşa və dolayısı ilə Şimali Koreya da bağlıdır.
O, ölkələri KXDR-in hər hansı təxribatlarından qorumaq üçün Cənubi Koreya və ABŞ-ın birgə müdafiəsini gücləndirməyə çağırıb.
Prezident həmçinin HƏMAS yaraqlılarının taktikası ilə oxşar ola biləcək hücumlara hazır olmağın vacibliyini vurğulayıb.