“Laçında əhalinin sosial rifahi və rahat yaşayışı üçün bir sıra işlər görülüb. Prioritet məsələ sakinlərin iş yerləri ilə təmin edilməsi və bu istiqamətdə lazımı addımların atılmasıdır. Yaxın günlərdə isə əhalinin gediş gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev bildirib.
O, Laçın şəhərində yaradılan şərait barədə danışarkən qeyd edib ki, hazırda şəhərdə 1204 nəfər əhali yaşayır və prioritet məsələ həm də əhalinin işlə təmin olunmasıdır: