“Echo of Artdocfest” sənədli film festivalının direktoru Vitali Manskinin Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşımı Ermənistanda narazılıqlara səbəb olub.
İrəvan Dövlət Teatr və Kino İnstitutu sosial şəbəkələrdə noyabrın 23-26-da Ermənistanın paytaxtında keçirilməli olan festivalın ləğv edildiyini elan edib.
İnstitut qeyd edib ki, festivalın ləğv edilməsinə səbəb Manskinin Zəfər Günü ilə bağlı paylaşımı olub.
“Mən artıq ikinci dəfədir ki, Azərbaycanda qeyd olunan Zəfər Günündə Bakıda oluram. Birinci dəfə olan məni o qədər təsirləndirdi ki, indi yeni filmin şənliklərini lentə almağa gəldim”, - Manski feysbukda belə yazıb.
Direktor daha sonra paylaşımı silib və əvvəlki paylaşımını izah etməyə çalışıb.