Kanada Rusiyadan olan doqquz fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sanksiya tətbiq edilənlər arasında REN TV, "İzvestiya" və "Parlament qəzeti" kimi mətbuat orqanları var.
Müğənni Jasmin (əsl adı Sara Şor) də məhdudiyyətlərə məruz qalıb. "Qara siyahı"ya daxil edilənlər arasında, həmçinin aşağıdakılar var:
Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov;
Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev;
Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun elmi direktoru Aleksandr Çubaryan;
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət İdarəçilik fakültəsinin Siyasi təhlil kafedrasının dosenti Aleksandr Konkov;
Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski;
politoloq Dmitri Suslov;
politoloq Andrey Suşentsov;
Valday Klubunun proqram direktoru Oleq Barabanov;
Sosial Mühafizəkar Siyasət Mərkəzi;
REA Dövlət və Hüquq İnstitutu;
"Russia Beyond" multimedia layihəsi (ANO TV-Novosti-yə məxsusdur).