Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O bildirib ki, hələlik dəqiq tarix yoxdur.
"Bütün məsələlər razılaşdırıldıqdan sonra bu barədə məlumat veriləcək", - nazir müavini qeyd edib.