Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək.
Gürcüstan ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, məhkum Saakaşvilinin vəziyyəti kəskin şəkildə yaxşılaşıb və o, həkimlərin qərarı və tövsiyəsi əsasında mülki klinikadan həbsxanaya köçürüləcək.
"Mən onun səhhətinin yaxşılaşması ilə bağlı qənaətləri təsdiqləyirəm. Biz buna sevinirik və həkimlərin müvafiq qərarı və tövsiyəsi olanda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək", - Breqadze bildirib.
2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra Saakaşvilinin səhhətində problemlər yaranıb. Bir müddət sonra o, "Vivamed" klinikasına köçürülüb.