Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllim və şagirdləri noyabrın 9-da Tbilisidə maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsert proqramı “Zəfər Bayramı” layihəsi çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin və AZEBİ-nin dəstəyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Gimnaziyanın müəllimləri Firuzə İbadova, Məhəmməd Hacıyev (tar), Oktay Şərifov (kamança), Naibə Şahməmmədova (piano), eləcə də şagirdlər Azərbaycan milli rəqs və mahnılarını ifa ediblər.