Azərbaycanda mal ətinin qiyməti ucuzlaşıb.
Bir sıra rayonlarda mal atının qiyməti 15 manatdan 14 manat 50 qəpiyə endirilib.
Saytımızın əməkdaşının mənbələrdən əldə etdiyi məlumata görə,ətin ucuzlaşmasına səbəb Qazaxıstan Respublikasından gətirilən ətlik dana cinsləridir.
Həmin dana ətləri kiloqramı 12-13 manatdan əhaliyə təklif edildiyi üçün yerli dana ətlərinin də qiyməti aşağı salınıb.
Qəssablardan birinin saytımıza verdiyi məlumata görə,xaricdən erkək danalar gətirilməsəydi, ölkəmizdə ətin qiymətində sürətli bahalaşma müşahidə ediləcəkdi.
Məhz bunun qarşısını almaq məqsədi ilə belə bir addım atılıb.