Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçan aparat Kursk vilayətində kərə yağı zavoduna hücum edib.
Bu barədə vilayətin qubernatoru Roman Starovoyt öz Telegram kanalında məlumat verib.
"Sudjada Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA kərə yağı zavoduna hücum edib. Üç kasetli sursat atılıb", - Starovoit bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb.