
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxacaq.
Təmsilçimiz İspaniya klubu “Avarka de Menorka” ilə qarşılaşacaq.
Əvvəlki raundda Ukrayna “Balta”sını üstələyən “Azərreyl” ispanlarla ilk matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcək.