Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülmüş 50-yə qədər girovu azad etmək imkanını nəzərdən keçirir ki, bu da Qəzza zolağına humanitar yardımın çatdırılmasını təşkil etməyə kömək edəcək humanitar barışıq müqabilindədir.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
HƏMAS girovların çıxarılması və Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə vermək üçün İsraildən hücumları üç gün müddətinə dayandırmağı tələb edir.
Qəzetin yazdığına görə, razılaşma radikal hərəkatın girovluğunda olan bir neçə ABŞ vətəndaşına da aiddir.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Həmas və İsrail arasında danışıqların təşkilinə kömək edib və onlar Qətərin vasitəçiliyi ilə keçirilir.
“The New York Times” yazır ki, ABŞ administrasiyasının bəzi üzvləri, o cümlədən dövlət katibi Entoni Blinken hərbi əməliyyatların dayandırılması müqabilində girovların azad edilməsinə dair mümkün sazişin bağlanması prosesində fəal iştirak edir.
Məqalədə deyilir ki, HƏMAS nümayəndələri İsrail Müdafiə Qüvvələrinin Qəzzada quru əməliyyatı başlamazdan dərhal əvvəl belə bir mübadilə təşkil etməyi təklif ediblər, lakin bu ölkənin səlahiyyətliləri qrupun niyyətlərinin səmimiliyinə şübhə edərək hücuma başlayıblar.