Beyləqan korpusunun sabiq komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyev bu gün vəfat edib.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov bildirib.
O, mərhumun bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacağını qeyd edib.
Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.
1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb.
1975-ci ilin sonunda ordu sıralarında xidmətə başlayıb.
1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib.
1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb.
1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib.
1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib.