
RegionTV.info-nun məlumatına görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: "Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı".
Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb: "Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi".