Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda "kərə yağı" adı altında 4 AZN-ə satılan yağlar necə hazırlanır? - ŞOK FAKTLAR




Azərbaycanın müxtəlif bölgələrində xalis kərə yağı adı altında, saxta yağlar satılır.

Bu yağların 1 kiloqramının qiyməti 4 manat 30 qəpikdir.

Hətta onların daha çox Gəncə və Bərdədən gətirildiyi də deyilir. Hazırda marketlərdə xalis kərə yağının 1 kiloqramına olan qiymət 18-20 manat aralığında satılır. Qiymət fərqinin bu qədər kəskin olmasına baxmayaraq insanlar hələ də 4 manatlıq məhsulu alaraq aldanırlar. İddia edilir ki, ucuz yağlar əsasən heyvan içalatındakı yağlardan hazırlanır. İstehlaka yararsız olan, qiyməti aşağı və əksər vaxtlarda satışa belə çıxarılmayan heyvan içlikləri qatıqla qaynadılaraq “kərə yağı”na çevrilir. Bu da bazarlara "kərə yağı" adı ilə çıxarılır.

Məsələ ilə bağlı mütəxəssisə müraciət etdik. Qida eksperti Ağa Salamov BAKU.WS-ə açıqlamasında bildirdi ki, belə yağlar insan orqanizminin, xüsusən də ürək, qan-damar sisteminin 1 nömrəli düşmənidir:

“Belə məhsulların trans yağlardan heç bir fərqi yoxdur. Heyvan içliklərinin maliyyəti olduqca aşağıdır. Məntiqlə də düşündükdə anlamaq olur ki, xalis yağ əldə etmək bu qədər ucuz olmamaldır. Sənayedə heyvan piylərindən istifadə edilmir. Ehtimal olunur ki, bu yağı kustar üsulla əldə edirlər. Belə saxta yağları ilıq suya atdıqda suda toparlanır. Beləcə yağın xalis olub-olmadığı aydın olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, proses uzun illərdir ki davam edir - bazarlarda üzərində barmaq izləri olan yağlar “kərə yağı” adı ilə ucuz qiymətə satılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də