Hacıqabul şəhərinin M.Hüseynzadə küçəsində yerləşən istirahət parkında “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar konsert proqramı keçirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, həmçinin rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhər əhalisi iştirak edib.
Mədəniyyət Mərkəzinin kollektivi Hacıqabul şəhər istirahət parkında əhali qarşısında geniş konsert proqramı ilə çıxış etdilər. İncəsənət ustalarının rəngarəng musiqiləri əhali tərəfindən rəğbətlə qarşılanıb.