Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr – Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurumun dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.