Prezident İlham Əliyevin yeni imzaladığı fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sənədlərə əsasən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşları 1 yanvar 2024-cü il tarixindən 20 faiz artırılıb.
Digər Fərmana əsasən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçularının aylıq təminat xərcliyinin tərkibi optimallaşdırılacaq, bu kateqoriyadan olan şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğinin hesablanması üçün əsas götürülən hissənin məbləği artırılacaq.