Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) inzibatı binasında, Xəzər və Qaradağ xidmət sahələrində bayram günləri (8 və 9 noyabr tarixləri) saat 10:00-dan 14:00-a qədər, qeyri-iş günləri (10,11,12 noyabr tarixləri) saat 10:00-dan 17:00-dək, həmçinin “ASAN Kommunal” mərkəzlərində 11 noyabr tarixindən vətəndaşlara xidmət göstəriləcək.

 24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək. Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də