Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ

Xankəndidə Zəfər Paradı: Həm dosta, həm də düşmənə verilən MESAJ


Sabah Azərbaycan Zəfər Gününün üçüncü ilini qeyd edəcək. Zəfər Günü ilə əlaqədar olaraq, bu ilin sentyabr ayında separatçılardan təmizlənən Xankəndi şəhərində hərbi parad keçiriləcək.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. Parad sentyabr ayında baş tutan antitteror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam təmin etməsindən sonra keçirilir. 

 Xankəndidə hərbi paradın keçirilməsi niyə əhəmiyyətlidir?

 Milli Məclisin deputatı Mahir Abbaszadə hər il Zəfər Gününün müxtəlif hadisələrlə yaddaşlarda qaldığını bildirib:

 "44 günlük Vətən müharibəsi Ermənistanın kapitulasiya aktına imza atması, Azərbaycan Ordusunun qarşısında diz çökməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan ilk dəfə Zəfər bayramını qeyd etməyə başladı. Artıq üçüncü ildir ki, Zəfər Gününü qeyd edirik. Hər il Zəfər Günü  bizim yadaşımızda müxtəlif hadisələrlə qalmaqdadır. Biz qələbədən sonra bir dəfə qələbə paradını Bakıda qeyd etmişik. Sonra belə bir parad Şuşada keçirilib. Budəfəki parad Azərbaycanın tarixi şəhərlərindən biri olan və uzunmüddət erməni işğalı altında qalmış Xankəndidə keçiriləcək. Bu, parad bir daha Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi gücündən xəbər verir".

 

Deputat söyləyib ki, paradın Xankəndidə keçirilməsi tarix ədalətin bərpa edildiyini aydın göstərir:

 

"Bu hərbi paradla bir daha göstəririk ki, Xankəndi Azərbaycanın qədim şəhərlərindən biridir. Bu, ərazidə hərbi paradın keçirilməsində də, şəhərin inkişaf etdirilməsində də söz sahibi Azərbaycan olaraq qalır mesajıdır. Qələbə paradı Azərbaycanın hərbi gücünü göstərməklə yanaşı, həm də onun tarixi ədaləti bərpa etməsini göstərir. Bununla həm də düşmənlərimizə göstəririk ki, Azərbaycanla diqtə dili ilə danışmaq, zor tətbiq etmək mümükün deyil. Azərbaycan Ordusu hər an Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını həyata keçirməyə hazırdır. Azərbaycan xalqı bir daha göstərir ki, öz ordusuna inanır. Ordu da  Azərbaycanın istənilən ərazisində hərbi parad keçirə bilər”.

Deputat söyləyib ki, parad həm də dostlarımıza ünvanlanan bir mesajdır:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də