Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Novruz Aslanov Zəfər bayramında iştirak etdi - FOTOLAR

Novruz Aslanov Zəfər bayramında iştirak etdi - FOTOLAR


Millət vəkili Novruz Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 6-da “Zəfər Günü” münasibətilə keçirilən bayram tədbirində iştirak edib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov,  RİH-in əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və  ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Novruz Aslanov bütün şəhidləri, o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük Vətən müharibəsindən ətraflı söz açıb, Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terrorlar zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığını, öz tarixi torpaqlarının düşmən tapdağından azad etdiyini bildirib.

 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan xalqı bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən 44 günə məhv edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan bu müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdüyünü vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də