Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndi ərazisində tikinti şirkəti əməkdaşlarının olduğu avtomobilin aşaraq yanması nəticəsində 5 nəfər həyatını itirib.
Qəzaya uğrayan “Nissan Navara” markalı avtomobildə ölən şəxslərdən biri Vətən müharibəsi iştirakçısı imiş. Şahbaz İsayev müharibədən sonra Şuşanın, Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
