Cənubi Afrika Respublikası (CAR) Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi fonunda yəhudi dövlətinin ərazisindən bütün diplomatlarını geri çağırıb.
Bu barədə Afrika Respublikası prezidentinin ofisi məlumat yayıb.
Nazir Kumbudzo Ntşaveni deyib ki, İsrailin Qəzza zolağı ilə bağlı hərəkətləri ölkə rəhbərliyini məyus edib: "Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çağırmaq qərarına gəlib. Cənubi Afrika İsrailin Qəzza zolağında məktəb və klinikaları bombalamağa davam etməsindən və humanitar dəhlizləri bağlamasından məyusdur".