Ukrayna Təhlükəsizlik Xidməti ölkənin müdafiə nazirinin keçmiş müavinini şübhəli şəxs elan edib.
Söhbət artıq istintaq təcridxanasında olan Vyaçeslav Şapovalovdan gedir.
O, aşağı keyfiyyətli hərbi geyimlərin alınmasına demək olar ki, 1 milyard qrivna sərf etməkdə ittiham olunur.
Bundan başqa, dövlət satınalmaları şöbəsinin müdiri Boqdan Xmelnitski də şübhəli şəxslər arasındadır. O, Şapovalovun bütün işlərində şərik kimi iştirak edən şəxs kimi həbsdədir. Şapovalov və Xmelnitski əvvəllər dəyəri 130 milyon qrivnadan çox olan aşağı keyfiyyətli gülləkeçirməz jiletlər, 900 milyon qrivna dəyərində qış gödəkçələri və şalvarlar almaqda və baha qiymətə məhsul almaqda şübhəli biliniblər.