Bu dəfə təqdim etdiyimiz mövzu Övladlığa götürüləcək uşağın adı və soyadının dəyişdirilməsi ilə bağlıdır.
Sual: Övladlığa götürüləcək uşağın adı və soyadının dəyişdirilməsi necə həyata keçirilir?
Cavab: Valideyn-namizədin xahişi ilə övladlığa götürülən uşağa valideyn-namizədin soyadı və yeni ad verilir.
Valideyn-namizəd kişidirsə uşağa ata adı onun adı ilə, qadındırsa uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa ata adı qadının göstərişi ilə verilir.
Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.