Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni açılan iş yerlərinin 75 faizi özəldir

Yeni açılan iş yerlərinin 75 faizi özəldir


465 min yeni əmək müqaviləsinin cəmi 100 mini dövlətdir, qalanı isə özəldir. Yeni açılan iş yerlərinin 75 faizi özəldir və leqallaşan iş yerləridir.

 Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 “Bu tendensiya davam etməlidir və özəl sektor keçməlidir. Məşğul şəxslərin cəmi 35-36 faizi muzdla işləyənlərdir. Bunu da gələcəkdə artırmalıyıq. Çox nadir ölkələrdə muzdla işləyən şəxslər məşğul şəxslərin 100 faizi olur. Heç 100 faizlə rastlaşdığımız ölkə yoxdur. Bir sıra ölkələrin iqtisadi strukturnda irəli gələrək 60-80 faiz arasında dəyişir. İnanıram ki, Azərbaycanda növbəti 5 illiyin sonunda muzdlu şəxslərin payı məşğul şəxslərin içərisində ən azı 42-45 faizə çata bilər. Bunun üzərində iş aparılmalıdır. Leqallaşmamız genişləndikcə də bu say artacaq".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də