Elm adamları ətə siqaret kimi qorxulu mesajlar yazmağı təklif ediblər.
Dürheym Universitetinin (Böyük Britaniya) tədqiqatçıları siqaret qutularına bənzər ət məhsullarına qorxulu mesajlar və fotoşəkillər tətbiq etməklə təcrübə aparıblar.
Alıcılara xəbərdarlıq edilib ki, ət istehsalı iqlim dəyişikliyinə, xəstəliklərin yayılmasına səbəb olur, piylənmə, ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini artırır.
Tədqiqatda hamısı əti sevən 1001 nəfər iştirak edib. Alimlər “Appetite” elmi jurnalı üçün yazdığı məqalədə bildirib ki, qorxulu şəkillər sayəsində ət istehlakı 7-10% azalıb.
Müəlliflərin fikrincə, ət məhsullarının təhlükələri ilə bağlı xəbərdarlıqlar onların istehlakını azaltmağa kömək edə bilər.