Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Netanyahunu silib atmışıq! - Ərdoğan

Netanyahunu silib atmışıq! - Ərdoğan 



“Hazırda İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur”.

Bunu jurnalistlərə Qazaxıstandan qayıdarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 O qeyd edib ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın İsrail tərəfi ilə yanaşı, Fələstin və HƏMAS ilə də danışıqlar aparır.

 “Deyə bilərəm ki, Binyamin Netanyahu heç kimin danışa biləcəyi həmsöhbət deyil, biz onu silib atmışıq”, - Ərdoğan İsrailin baş naziri haqda bildirib.
Ərdoğan baş naziri Binyamin Netanyahunun İsrail xalqının dəstəyini itirdiyini deyib.
 Türkiyə lideri əlavə edib ki, yəhudi dövlətinin baş naziri “qırğınlarına dəstək tapmaq istəyir”, bunun üçün dini arqumentlərdən istifadə etməyə çalışır.

Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Təl-Əvivlə yanaşı, Fələstin və HƏMAS-la əlaqə saxlamasına da aydınlıq gətirib.

Onun fikrincə, xüsusən də beynəlxalq diplomatiyada əlaqələri tamamilə pozmaq mümkün deyil.
"Buna görə də xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və nazirlər diplomatiyanın bütün vasitələrindən istifadə edirlər və bundan sonra da istifadə edəcəklər. Bizim əsas məqsədimiz İsrail-Fələstin problemində yekun sülhün bərqərar olmasıdır", - dövlət başçısı bildirib.
Ərdoğan deyib ki, Türkiyə sülh üçün təşəbbüslər edir və formullar hazırlayır. Ankara bu istiqamətdə fəaliyyətini davam etdirəcək və qan tökülməsinin dayandırılması, sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etmək əzmindədir.
"Məqsədimiz həm regionumuza, həm də ölkəmizə rahatlıq gətirəcək davamlı sülhə nail olmaqdır. Biz buna çağırırıq, məsələn, biz bütün maraqlı tərəfləri bir konfransa toplamaq istəyirik”,- Türkiyə lideri vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də