Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer dünyadakı vəziyyəti 1914-cü illə müqayisə edib və dünya müharibəsi riski barədə xəbərdarlıq edib.
Bu barədə "Bild" məlumat yayıb.
Fişer 1998-2005-ci illərdə Almaniyanın vitse-kansleri və xarici işlər naziri olub. O, bu vəzifələrdə Yaşıllar Partiyasının ilk nümayəndəsi kimi çalışıb.
İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən 75 yaşlı siyasətçi bildirib ki, bu gün dünyada İsrail və Ukraynadakı münaqişələr tək deyil. O, buna misal olaraq Kosovanı, Tayvanı, Afrikadakı hərbi çevrilişləri göstərib.
"Hadisələrin nəzarətdən çıxdığı və Birinci Dünya müharibəsini qızışdırdığı 1914-cü ili xatırlamamaq çətindir", - eks-nazir deyib.
Fişer hesab edir ki, 1945-ci ildən sonra "Pax Americana" prinsipi əsasında yaranmış bütün dünya nizamıi ndi təhlükə altındadır.
“Beynəlxalq ictimaiyyətin status-kvonu saxlamaq istəyi əhəmiyyətli dərəcədə azalıb. Ambisiyaları ağıldan üstün tutur, yenə millətçi və dini ehtirasların girovuna çevrilirlər”, - deyə siyasətçi xəbərdarlıq edib.