Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Neft və qazın qiymətində dəyişikliklər gözlənilir? - Nazir müavinindən cavab

Neft və qazın qiymətində dəyişikliklər gözlənilir? - Nazir müavinindən cavab


Təəssüf ki, bu il və yəqin ki, gələn il də neft və qazın qiymətində müsbət dəyişikliyin olacağı gözlənilən deyil.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

 “Keçən il bizim büdcə ilə bağlı göstəricilərimiz çox çox yaxşı olmuşdu. Həm icmal büdcə, həm dövlət büdcəsi, həm İşsizlikdən Sığora Fondunun, həm DSMF-nin büdcələri çox yaxşı səviyyədə icra olunub. Bunun üçün real imkanlar mövcud idi. Neft və qaz qiymətləri yaxşı səviyyədə idi. Ölkə başçısının apardığı islahatlar da buna imkan verirdi. Təəssüf ki, bu il və yəqin ki, gələn il də neft və qazın qiymətində müsbət dəyişikliyin olacağı gözlənilən deyil. Digər tərəfdən Azərbaycanda neft istehsalı təbii olaraq azalmaqdadır. Buna baxmayaraq vaxtında görülən tədbirlər nəticəsində biz gələn il və sonrakı üç ilin büdcə layihələrinə nikbin baxırıq".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də