Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ostin ABŞ rəsmilərinin İsrailə səfərlərini məhdudlaşdırıb

Ostin ABŞ rəsmilərinin İsrailə səfərlərini məhdudlaşdırıb


ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqres üzvləri, Pentaqon rəhbərliyi və hərbçilərin İsrailə rəsmi səfərlərini məhdudlaşdıran qərar imzalayıb.

Bu barədə Amerikanın CCN telekanalı məlumat yayıb.

 Qeyd olunub ki, Yaxın Şərqdəki vəziyyət “hazırda inanılmaz dərəcədə təhlükəlidir”. Qəbul edilən sənədin “hərbi turizm”in də qarşısını alacağı qeyd olunur.

 İndi yüksək rütbəli hərbi rəhbərlərin İsrailə səfərləri ABŞ müdafiə naziri tərəfindən şəxsən təsdiqlənməlidir. İsrailə səfərə qoyulan məhdudiyyətlər ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisə təsir etməyib. Qərar ABŞ-ın müdafiə naziri tərəfindən oktyabrın 31-də imzalanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də