
Bərdədə sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Əliyanlı kəndi ərazisində baş verib.
Yüksək sürətlə hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü İlkin Süleymanov xəsarət alaraq Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


