Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samıq Sadıxov əmr imzalayıb. Əmrə əsasən, xəstəxananın baş həkimi Adəm İmanov işdən çıxarılıb.
Eyni zamanda, baş həkimin müavinləri Kəmalə Bağırova və İsrafil Cəfərov da vəzifələrindən azad ediliblər.