Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Antibiotiklər uşaq xəstəliklərinə qarşı təsirsizdir - Alimlər

Antibiotiklər uşaq xəstəliklərinə qarşı təsirsizdir - Alimlər


Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlıqda ümumi infeksiyaların müalicəsində uzun müddət istifadə edilən bir çox antibiotiklər davamlı bakteriyaların yayılması səbəbindən artıq təsirsizdir.

Araşdırmanın nəticələri “The Lancet Regional Health – Southeast Asia” jurnalında dərc olunub.

 Mütəxəssislər 11 ölkədən 6,6 mindən çox bakteriya növünün antibiotiklərə həssaslığına dair məlumatların əks olunduğu 86 tədqiqatın nəticələrini təhlil ediblər.

 

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi bir çox antibiotiklər uşaqlıq infeksiyalarının: sətəlcəm, sepsis (qan infeksiyası) və meningit (beynin selikli qişasının iltihabı) müalicəsində 50 %-dən az effektivdir.

 

Araşdırma müəllifləri deyir ki, yeni antibiotiklərin yaradılması üçün daha çox səy göstərilməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də