Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İnternet bankçılığının xüsusi çəkisi 80 faizə çatıb

İnternet bankçılığının xüsusi çəkisi 80 faizə çatıb


Aparılan müştəri köçürmələrində internet bankçılığının xüsusi çəkisi artıq 80 faizə çatıb.

Bunu Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq bankçılıq forumunda bildirib.

 “İnternet bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi 9 ay ərzində 15 faiz artıb. Bu rəqəm 172 milyard manata çatıb. Bundan başqa mobil bankçılıq əməliyyatların həcmi 2,4 dəfə artıb.

Qeyd edim ki, oktyabrın 1-nə dövriyyədə istifadə olunan kartların sayı 20 % artaraq 16 milyona çatıb. Bununla da nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 % artmış hesab olunur. Bu onu göstərir ki insanların gündəlik həyatında rəqəmsal bankçılığın önəmi artmaqdadır", - o bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də